Nəsranilərin ismarıcı
"Həvarilərin işləri"ndə yazıldığına görə, hz.İsanın şagirdləri peyğəmbərlərinin Allah dərgahına yüksəldilməsindən sonra çox ağır təzyiqlərlə üzləşdilər. Dövrün yəhudi din adamları onları az-ğın məzhəb kimi qəbul edir və əllərindən gələn qədər susdurmaq və səhnədən silmək istəyirdi-lər. Onlar romalıların nəzərində də təhlükəli idilər. Ancaq təzyiqlər və qınaqlar onları bezdirmə-di. Bunun ən böyük sirri isə şübhəsiz ki, Allah'a olan inamları idi. Bu inam onlara böyük səbir, birlik və qardaşlıq da qazandırmışdı. "Həvarilərin işləri"ndə bu məsələ belə izah edilir:
"Bütün iman gətirənlər bir yerdə idilər və hər şeyləri müştərək idi. Mallarını və mülklərini satıb hər kəsə ehtiyacına görə paylayırdılar. Hər gün birlikdə məbədə getməyə davam edərək, evdə çörək bölüb, sevinclə və ürək açıqlığı ilə Allah'a həmd edərək yemək yeyirdilər. Bütün xalqın rəğbətini qazanırdılar. Rəbb də xilas edilənləri gündən günə onların arasına əlavə edirdi" ("Hə-varilərin işləri", 2/44-47).
Nəsranilərin arasındakı bərabərlik və fədakarlıq başqa yerdə belə bildirilir:
"İman gətirənlərin cəminin isə bir ürək və bir canı var idi və heç biri özünün olan şeylər üçün "Mənimdir", - demirdi. Çünki hər şey onlar üçün ümumi idi. Allah hamısına böyük nemətlər lütf edirdi. Onların aralarında ehtiyacı olan bir kimsə yox idi. Ona görə ki, torpaq və mülk sahibi olanların hamısı bunları satıb, satılmış şeylərin pulunu gətirərək həvarilərin sərəncamına verir-dilər. Bu da hər birinə ehtiyacına görə paylanırdı. Məsələn, Kiprdə anadan olmuş Levili Yusif (həvarilər ona Barnaba ləqəbini verdilər ki, bu da Təsəlli Oğlu deməkdir) də malik olduğu tor-pağı satdı və pulunu gətirib həvarilərin sərəncamına verdi" ("Həvarilərin işləri", 4/32-37).
Bu cür böyük bir daxili intizama malik olan nəsranilər hz.İsanın təbliğini başqa yəhudilərə çat-dırmağa davam etdilər. Hz.İsanı tanıdarkən də onun Allah'ın yəhudilərə göndərdiyi sonuncu peyğəmbər olduğunu söyləyirdilər. Həvari Peterin Süleyman məbədindəki bir qrup yəhudiyə xi-tabən etdiyi çıxış "Həvarilərin işləri"ndə belə qeyd edilir:
"İndi, ey qardaşlar, bilirəm ki, rəisləriniz kimi siz də bunu bilməyərək etdiniz... Beləliklə, günah-larınızın silinməsi üçün tövbə edin və Allah'a qayıdın ki, Rəbbin hüzurundan yenilənmə fürsətlə-ri gəlsin və sizin üçün əvvəlcədən təyin olunan İsanı, yəni Məsihi göndərsin. Allah'ın qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin ağzı ilə söylədiyi kimi, hər şeyin yenilənəcəyi vaxta qədər, İsa göydə qalmalıdır. Musa belə demişdi: "Allah'ınız Rəbb sizə qardaşlarınız arasından mənim kimi bir peyğəmbər yollayacaq, hər işdə sizə nə söyləyərsə, onu dinləyərsiniz və vaxt olacaq ki, o peyğəmbəri dinləməyən hər insan Allah'ın xalqından ayrılıb yox ediləcəkdir". Şəmuel və on-dan sonrakılar da daxil olmaqla bütün peyğəmbərlər nə danışdılarsa, bu günləri qabaqcadan xəbər verdilər. Siz peyğəmbərlərin varisləri, həmçinin Allah'ın atalarınızla kəsdiyi əhdi-peyma-nın varislərisiniz. Rəbb İbrahimə belə demişdi: "Yerin bütün xalqları sənin nəslin sayəsində mü-barək olacaqlar". Allah hər birinizi öz pis əməllərinizdən döndərməklə sizi mübarək etsin deyə, qulunu ortaya çıxardıb, əvvəlcə sizin yanınıza göndərdi" ("Həvarilərin işləri", 3/17-26).
Bu ifadələrdə Peter hz. İsadan "Allah'ın qulu" deyə bəhs edir və onun bir peyğəmbər olduğu-nu vurğulayır. O, hz. İsanın hz. Musa tərəfindən xəbər verilən bir peyğəmbər olduğunu in-sanlara çatdırır və onun sözlərində "Allah'ın oğlu" ifadəsi öz əksini tapmır. Burada həmçinin üçləmə etiqadından və ya hz.İsanın adına çıxarılan tanrılıq ismindən (bu ifadədən Allah'a sığını-rıq) də söhbət açılmır.