HZ. İSANIN (Ə.S) DİNİ TƏBLİĞ ETMƏSİ VƏ QARŞILAŞDIĞI ÇƏTİNLİKLƏR

Bütün insanlara nümunə olan hz. İsa (ə.s) dərin Allah qorxusu və sevgisi ilə bütün peyğəmbərlər kimi, yaşadığı dövrdə inkarçılar və müşriklərlə fikri mübarizə aparmışdır. Din əxlaqından uzaqlaşmış İsrail oğullarına Allah’ın varlığını və bir olduğunu izah etmiş, Rəbbimizin insanlara əmr etdiyi əxlaqı onlara bildirmişdir. Qövmünü Allah’a iman gətirməyə, könüldən təslim olub Allah’ın rizasını qazanmaq üçün yaşamağa, günahlardan və çirkin əməllərdən çəkinməyə, saleh əməlləretməyə dəvət etmişdir. Onlara dünya həyatının müvəqqəti və ölümün yaxın olduğunu xatırlatmış, insanları yalnız Allah’a ibadət etməyə və yalnız Allah’dan qorxmağa çağırmışdır.

Hz. İsanın (ə.s) yaşadığı dövrdə Aralıq dənizi və onun ətrafındakı ərazilər tamamilə Roma İmperiyasınınhakimiyyəti altında idi. Romanın dini dövrün Aralıq dənizi ətrafında yaşayan digər cəmiyyətlər kimi çox tanrılı batil bir din idi. Yunan mifologiyasının xəyali tanrıları fərqli adlar altında Roma mifologiyasında da istifadə edilirdi. Fələstin torpaqlarında yaşayan yəhudilər isə Roma İmperiyasının rəhbərliyi altında azlıq təşkil edirdi. Ancaq Roma rəhbərliyi yəhudilərin inanclarına və daxili işlərinə çox qarışmırdı. Yəhudilər isə e.ə II əsrdən etibarən öz aralarında parçalanmağa başlamışdı. Əhdi-Ətiq və yəhudi ənənələrinin müxtəlif məzhəblər tərəfindən fərqli izah olunması ilə bəzi məzhəblər ortaya çıxmış və bu məzhəblər arasında ciddi ixtilafyaranmağa başlamışdı. Bu ixtilaf cəmiyyətdə hüzursuzluğa, narahatlığa səbəb olur və qarışıqlıq heç cür sona çatmırdı. Yəhudilik Allah’ın hz. Musaya (ə.s) vəhy etdiyi haqq din halından çıxmış, bir çox batil inanc və qanunların əlavə olunması ilə dəyişikliyə məruz qalmışdı. Hz. İsa (ə.s) isə yəhudilərə ixtilafa düşdükləri mövzuları açıqlamaq, insanların uzaqlaşdıqları haqq din əxlaqını onlara yenidən öyrətmək, bəzi yəhudilərin din əxlaqına qarışdırdıqları səhv düşüncələri və xurafatları aradan qaldırmaq üçün göndərilmişdi. Quranda hz. İsa (ə.s) haqqında belə bəhs olunur:

İsa aydın dəlillərlə gəldiyizaman dedi:“Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allah’dan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!” Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına! (Zuxruf surəsi, 63-65)

Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allah’dan qorxun və mənə itaət edin. (Ali-İmran surəsi, 50)


Hz. İsanın (ə.s) insanlara haqq dini təbliğ etməsi, din əxlaqına uyğun yaşamayıb mənfəət əldə edən cəmiyyətlərdə böyük narahatlıq yaratmışdı. Saxtakar dindarlar və Allah’a şirk qoşan müşriklər bu cəmiyyətlərin öndə gedənlərindən idilər. Bunlardan bəziləri meydana gətirdikləri saxta din anlayışı ilə cəmiyyət içində etibar qazanmış və maddi imkanlarını artırmışdılar. Dinin tələb etdiyi gözəl əxlaqı deyil, onlara mənfəət qazandıran ədalətsizliyi, zülmü, yalanı, müşrikliyi müdafiə edirdilər. Bəzi ibadətləri yalnız göstəriş üçün yerinə yetirir, bunlarda da hz. Musanın (ə.s) gətirdiyi haqq dini qorumur, bir çox batil hökm və xurafatı dinlərinə daxil edirdilər. Quranın "Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah’ın vəhyidir!”– deyirlər ..." (Bəqərə surəsi, 79) ayəsində bildirildiyi kimi, bəzi yəhudi ruhaniləri Tövrat hökmlərini dəyişdirmişdilər.

Hz. İsa (ə.s) isə bu insanları yalnız Allah’a ibadət etməyə, Allah’dan qorxmağa, Allah’ı sevməyə və Allah üçün yaşamağa çağırırdı. Allah rizası üçün gözəl əxlaqla yaşayıb, batil dinlərindən üz çevirməyi, insanlara ədalətsizlik etməkdən çəkinmələrini nəsihət edirdi. Özlərini və xalqı aldatmaqdan imtina edib səmimi olaraq iman gətirmələrini təbliğ edirdi. Göstərdiyi möcüzələr onun Allah’ın aləmlər üzərinə seçib bəyəndiyi, elm və qüvvətlə dəstəklədiyi, çox dəyərli bir peyğəmbər olduğunu sübut edirdi. Onun iman dərinliyi, yüksək əxlaqı, üstün qavrayışı və hikmətli sözləri insanları daha çox heyran edirdi. Ancaq mövcud olan batil inancları qorumağa davam edən insanlar hz. İsaya (ə.s) itaət etmədilər.

Hz. İsanın (ə.s) qövmünün yaşadığı dövrdə ona tabe olanların sayı çox az idi. Quranda hz. İsanın (ə.s) qövmünün Allah’a təslim olmamasına baxmayaraq, Onun köməkçilərinin kimlər olduğunu soruşduğu bildirilir. Bu sual qarşısında hz. İsaya (ə.s) tabe olduqlarını söyləyənlərin, yəni həvarilərin sayı isə olduqca azdır. Ayələrdə belə bildirilir:

İsa onlardakı küfrü hiss etdikdə dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allah’ın (dininin) yardımçıları! Biz Allah’a iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali-İmran surəsi, 52-53)

Səmimi möminlərin vacib xüsusiyyətlərindən biri qeybə iman gətirmələri və elçilərə heç bir bəhanə gətirmədən könüldən itaət etmələridir. İxlasla Allah’a iman gətirənlər Allah’ın elçilərinin söylədiyi hər sözün haqq olduğunu bilir, onlara güvənir, təslim olur, sevir və dərin hörmət edirlər. İman gətirənlərin peyğəmbərlərə olan sevgisi, "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır...."(Əhzab surəsi, 6) ayəsi ilə də xəbər verildiyi kimi, hər cür sevgidən, bağlılıqdan öndədir. Belə ki, səhabələrin peyğəmbərə (s.ə.v) olan bağlılıqları və müşriklərlə olan döyüşlərdə bir an belə tərəddüd etmədən özlərini mübarəkpeyğəmbərimizin (s.ə.v) önünə atmaları bu mövzuya çox gözəl nümunədir.

Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən (gələn) haqqı çatdırdı. (Ona) iman gətirin! (Bu) sizin üçün xeyirli olar. Əgər (onu) inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allah’a məxsusdur. Allah Biləndir, Müdrikdir. (Nisa surəsi, 170)


Romalı bütpərəstlərin guya dindar olduqlarını irəli sürən bəzi müşrik yəhudilərin, mənfəətlərinin zərər görməsindən narahat olan cəmiyyətinqabaqcıllarının təzyiqləri ilə yanaşı, hz. İsaya (ə.s) tabe olanların sayının çox az olması da hz. İsa (ə.s) dövründə olan mühitin çətinliyini göstərir. Ancaq bunu da ifadə etmək lazımdır ki, hz. İsanın (ə.s) mübarizəsinin belə çətin bir mühitdə olmasının bir çox hikməti var. Hz. İsa (ə.s) və ona könüldən tabe olan ixlaslı möminlər Allah’ın iznilə, bu mühitə səbir etdikləri və mübarizə apardıqları hər anın qarşılığını Rəbbimizin Qatında ən gözəl şəkildə görəcəklər. Belə mühitlər iman gətirənlərin mübarizə əzmini və bir-birlərinə olan bağlılıqlarını artıran, imanlarını gücləndirən, Allah’a olan sevgilərini və bağlılıqlarını artıran çox dəyərli mühitlərdir. Möminlər yaşadıqları hər şeyin Allah’ınistəyi ilə reallaşdığına inanır və Rəbbimizdən gələn hər şeyə könüldən razı olurlar. Allah’ın iman gətirənlərin əsl dostu və vəkili olduğunun şüurunda olan möminlər Allah’ın dininin mütləq qalib gələcəyini bilirlər.

Allah möminlərin əleyhinə olan inkarçılara heç bir zaman yol verməyəcəyini, peyğəmbərlərin və onlara tabe olanların mütləq qalib gələcəklərini vəd etmişdir. İman gətirənlərin əleyhinə tələlər quranların isə qurduqları bütün tələlərin müvəffəqiyyətsiz olacağı və bunun Allah’ın bir sünnəsi olduğu Quranda bildirilmişdir:

(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allah’ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah’ın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)


Hz. İsa (ə.s) digər bütün peyğəmbərlər kimi, qurulan tələlər qarşısında göstərdiyi səbri ilə bütün möminlərə nümunə olmuş, onları cəsarətləndirib şövqləndirmişdir. İncildəki bir çox nümunələrdə dəhz. İsanın (ə.s) özünə tabe olanlara "onları müxtəlif çətinliklərin gözlədiyini, ancaq Allah’ın onların köməkçisi və vəlisi olduğunu" izah etdiyi bildirilir. Allah’a təvəkkülü və təslimiyyəti ilə üstün əxlaq göstərən hz. İsa (ə.s) ətrafındakılara da hər zaman təvəkküllü olmalarını, hər işi edənin Allah olduğunu unutmamalarını təbliğ etmişdir. İncildə hz. İsanın (ə.s) həvarilərə qarşılaşacaqları çətinliklər və bu vəziyyətdə göstərmələri lazım olan təvəkkülü belə izah etdiyi yazılıb:

İnsanlardan çəkinin. Sizi məhkəmələrə verəcəklər, havralarında qamçılayacaqlar. Hətta mənə görə qubernatorların və kralların qarşısına çıxarılacaqsınız. Beləcə onlara və xalqlara şahidlik edəcəksiniz. Sizləri məhkəməyə verdikləri zaman nəyi necə söyləyəcəyinizi düşünərək narahat olmayın. Nə söyləyəcəyiniz o anda sizə bildiriləcək. Çünki danışan siz olmayacaqsınız... Ancaq sona qədər səbir edən xilas olacaq. Bir şəhərdə sizə zülm etdikləri zaman o birinə qaçın... Buna görə onlardan qorxmayın. Üstü örtülü olub ortaya çıxarılmayacaq, gizli olub da bilinməyəcək heç bir şey yoxdur. Sizə qaranlıqda söylədiklərimi, siz gün işığında söyləyin. Qulağınıza pıçıldanılanı damlarda söyləyin. Bədəni öldürən, amma ruhu öldürməyə gücü çatmayanlardan qorxmayın. Həm ruhu, həm də bədəni cəhənnəmdə məhv edəcək gücə sahib olan Allah’dan qorxun. (Mark, 13:9-13; Luka, 21:12-17)

Onlar dedilər: “Allah (Özünə) övlad götürmüşdür!” Halbuki, O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur.Hər şey Ona baş əyir. (Bəqərə surəsi, 116)


Həqiqətən də hz. İsanın (ə.s) dövründə ilk xristianlaraolan təzyiqlər, xristianlığın ilk üç yüz ili ərzində də davam etmişdir. Hz. İsaya (ə.s) inananların əksəriyyəti özlərini gizlətmək məcburiyyətində qalmışdılar. İnanclarını açıqlayanların böyük əksəriyyəti isə cəzalandırılmış, işgəncəyə məruz qalmış, bəzən də qətl edilmişdir. Lakin inkarçıların qurduqları tələlərin ən böyüyü əlbəttə ki,hz. İsanı (ə.s) öldürməyə cəhd etmələri olmuşdur. Dövrün bəzi qabaqcıl yəhudiləri romalı bütpərəstlərlə əməkdaşlıq etmiş və bəzi münafiqlərin də onları dəstəkləməsi ilə hz. İsanı (ə.s) öldürmək üçün plan qurmuşdular. Planlarını reallaşdıra bilmək üçün ən incə detalına qədər hər mərhələni hesablamışdılar. Ancaq qurduqları bu plan heç gözləmədikləribir şəkildə pozulmuş, onlar hz. İsanı (ə.s) öldürdüklərini zənn edərkən, Rəbbimiz hz. İsanı (ə.s) Öz Qatına yüksəldərək bu mübarək peyğəmbərini inkarçıların tələlərindən və hiylələrindən qorumuşdur. Tarixi bir möcüzənin təcəlli etdiyi bu hadisə ilə inkarçıların tələləri yerlə bir olmuşdur.

Burada vacib bir mövzuya toxunmaq yerinə düşər. Daha əvvəl də bildirdiyimiz kimi, hz. İsaya (ə.s) tələ quranlar arasında yəhudilərdən guya din adamları olanlar da vardı. Məqam və mövqelərini itirmək narahatlığı ilə hərəkət edən bu kəslər o dövrdə yaşayan bəzi yəhudilərdən də dəstək almışdılar. Onlar romalı bütpərəstlərlə əməkdaşlıq etmiş və hz. İsanı (ə.s) öldürmək üçün plan qurmuşdular. Allah Qatında şərəfli və üstün olan bir elçini, özlərini haqq din əxlaqını yaşamağa dəvət etdiyi və bu dəvətin dünyəvi mənfəətlərini zədələyəcəyini düşündükləri üçün öldürməyə cəhd etmələri (hər nə qədər bu hədəflərinə çatmasalar da) böyük günahdır. Həm də hz. İsaya (ə.s) bənzəyən başqa birini qətl edərək günahınıöz üzərlərinə götürmüşdülər. Ancaq bu günah yalnız o dövrdə bu planı quran və tətbiq edənlərə aiddir və heç şübhəsiz ki, bu kəslər etdiklərinin qarşılığını axirətdə əskiksiz olaraq alacaqlar. O dövrdə yaşayan bir qisim yəhudinin etdiyi bu günaha görə, bütün yəhudiləri cavabdeh tutmaqböyük səhvdir.