NƏSRANİLƏRƏ EDİLƏN TƏZYİQLƏR

Həmin dövrün yəhudi din adamları nəsranilərdən narahat idilər və onların təbliği yayıldıqca bu narahatlıq daha da artırdı. Həm yəhudi din adamları, həm də Roma rəhbərliyi onları siyasi baxımdan təhlükəli qrup hesab edir və onları hədəf alırdı. Tarixi mənbələrə görə, nəsranilərə qarşı edilən təzyiq siyasəti günü-gündən artırdı. Bir neçə dəfə həbs olunmuş, qamçılanmış və hz. İsanın (ə.s) adını çəkməmələri üçün xəbərdar edilmişdilər. E.ə 48-49-cu illərdə nəsranilərin həbs olunması və cəzalandırılması daha da artmışdı. Beləliklə, e.ə 62-65-ci illərdə nəsranilərin lideri həbs olundu və öldürüldü. Nəsranilərin digər yəhudilərlə, xüsusilə də qabaqcıl din adamları ilə (saddukilər və fərisilər) razılığa gələ bilməmələrinin səbəbi İncildə olan mətnlərə görə, bu din adamlarının "nəsildən nəsilə ötürdükləri ənənələrlə Tanrının sözünü etibarsız etmələri" idi. (Mark, 7/13)

Əhdi Cədidə görə hz. İsanın (ə.s) yaxın ailəsinin və həvarilərinin liderliyində yaşayan bu icmanın diqqətə çarpan xüsusiyyəti bir və tək olaraq Allah'a inanmaları idi. Nəsranilərə görə hz. İsa (ə.s) Allah'ın müqəddəs elçisi idi. Üçləmə inancı isə onlar üçün heç bir şey ifadə etmirdi. Onlar üçün vacib olan hz. İsanın (ə.s) onlara çatdırdığı mesaj idi. Belə ki, nəsrani yazılarında (məsələn, Əhdi-Cədiddəki "Yaqubun Məktubu"nda) həmişə Allah'a imana çağırış var və daha çox imani mövzulardan bəhs edilir.

E.ə 48-49-cu illərdə Yahudanın romalı qubernatoru çox sayda nəsraniləri çarmıxa çəkdirdi. Romaya qarşı edilən hər cür üsyan hərakatında nəsranilərin də rolunun olduğu düşünülürdü. E.ə 50-ci illərdə edilən təzyiqlər hələ də dəvam edirdi. Beləliklə, nəsrani birliyi e.ə 65-ci ildə Qüdsdən çıxıb Mesopotamiyaya köçdü.