HZ. İSANIN (Ə.S.) HƏYATI ÜÇLƏMƏ İDDİASINI YALANLAYIR

İncildə hz. İsanın (ə.s) həyatı və bu dəyərli elçinin təbliği ilə bağlı verilən məlumatlar və hz. İsanın (ə.s) hikmətli nəsihətləri əsrlər boyu gözardı edilir. Üçləmə inancı insanların düşüncələrini o qədər qarışdırır ki, bunun nəticəsində hz. İsa (ə.s) ilahlaşdırılır və sanki ondan mədət ümid edilən hala gətirilir.

Qurana görə hz. İsa (ə.s) Allah'ın insanları xəbərdar edən və qorxudan olaraq göndərdiyi, anadan olandan Öz Qatına alınmasına qədər həyatının hər anında bənzərsiz möcüzələr yaradaraq hər kəsə kömək etdiyi mübarək bir peyğəmbəridir. Onun anadan olması Allah'ın çox böyük bir möcüzəsidir. Ancaq anadan olduqdan sonra o da bütün insanlar kimi həyatına davam etmişdir. Hz. İsa (ə.s) da digər insanlar kimi Allah'ın "Ol" deməsi ilə var olmuşdur və Allah'a qarşı acizliyini bilən, Allah'a möhtac bir bəşərdir. Həm Quran ayələrində, həm də İncildə hz. İsanın (ə.s) bəşər xüsusiyyətləri müxtəlif nümunələrlə göstərilir. Məsələn, əvvəlki bölmələrdə də bildirdiyimiz kimi, Rəbbimiz "Maidə" surəsinin 75-ci ayəsində hz. İsa (ə.s) və hz. Məryəm (ə.s) üçün "...hər ikisi də yemək yeyirdi..." şəklində buyurmuş, onların mələk olmadıqlarını, digər insanlar kimi olduqlarını bildirmişdir.

İncildə olan bir çox nümunədə də hz. İsanın (ə.s) bəşər xüsusiyyətlərindən bəhs edilir. Bunlardan bəziləri belədir: