İNCİLDƏ HZ. İSA (Ə.S) "ALLAH'IN ELÇİSİ" ADLANDIRILMIŞDIR
Üçləmə inancına görə, hz. İsanı (ə.s) Allah'ın risalətini təbliğ edən elçi, ya da digər peyğəmbərlər kimi Allah'ın göndərdiyi qul deyil, "Allah'ın oğlu" (Allah'ı tənzih edirik) kimi görmə anlayışı var. Halbuki, İncildə hz. İsanın (ə.s) Allah'dan gələn vəhy ilə təbliğ edən, insanları iman gətirməyə və Allah'a təslim olmağa dəvət edən elçi olduğu izah edilir. Hz. İsa (ə.s) da "göndərilmiş elçi" olduğunu təbliğlərdə tez-tez ifadə edir. Hz. İsanın (ə.s) Allah'a söylədiyi "Mən onlara Sənin sözünü çatdırdım" (Yuhanna, 17/14) sözü xüsusilə diqqəti cəlb edir. O da hz. Süleyman (ə.s), hz. Musa (ə.s), hz. Davud (ə.s), hz. Muhəmməd (s.ə.v) kimi bir peyğəmbərdir, Allah'ın risalətini təbliğ edən elçidir. Belə ki, bir İncil keçidində hz. Musanın (ə.s) "Tanrı sizə qardaşlarınız arasından mənim kimi bir peyğəmbər yollayacaq" (Elçilərin İşləri, 7/37) söylədiyi xəbər verilir. Hz. İsanın (ə.s) peyğəmbərliyini təsdiq edən İncil açıqlamalarından bəziləri belədir:
Məni sevməyən sözlərimə əməl etməz. Eşitdiyiniz söz mənim deyil, məni yaradan Allah'ındır. (Yəhya, 14/24)
Əgər Rəbbimin işlərini yerinə yetirməsəm, mənə iman gətirməyin. Amma yerinə yetirirəmsə, mənə iman gətirməsəniz də, etdiyim işlərə iman gətirin… (Yəhya, 10/37-38)
Xalq hz. İsanın (ə.s) etdiyi möcüzəni görəndə, "Həqiqətən dünyaya gələn peyğəmbər budur" - dedi. (Yəhya, 6/14)
..."O adam, Allah'ın və bütün xalqın qarşısında istər söz, istərsə də əməl baxımından güclü peyğəmbər idi." (Luka, 24/19)
... Çünki məni göndərəni tanımırlar. (Yəhya, 15/21)
Allah sizləri pis işlərinizdən üz çevirib doğru yola yönəltmək üçün əvvəl qulunu yaradıb sizə göndərdi." (Həvarilərin İşləri, 3/26)
Sonsuz həyat tək gerçək Rəbb olan Səni və göndərdiyin İsa Məsihi tanımalarıdır. Etməyim üçün mənə həvalə etdiyin işi yerinə yetirməklə Səni yer üzündə ucaltdım. Dünyada mənə verdiyin insanlara Sənin adını açıqladım. Onlar sənin idilər, mənə verdin və Sənin sözünə tabe oldular. Mənə verdiyin hər şeyin əslində Sənin olduğunu indi bilirlər. Çünki mənə dediyin sözləri onlara çatdırdım, onlar da qəbul etdilər. Sənin göndərdiyini həqiqətən anladılar, məni göndərdiyinə iman gətirdilər. (Yəhya, 17/3-8)
Sizə doğrusunu deyim, mənim göndərdiyim hər hansı elçini qəbul edən məni qəbul etmiş olar. Məni qəbul edən də məni göndərəni qəbul etmiş olar. (Yəhya, 13/20)
...Mən öz-özümə gəlmədim. Amma məni göndərən olduğu həqiqətdir və Onu da tanımırsınız. Halbuki, mən Onu tanıyıram. Çünki Ondanam və məni O göndərdi. (Yəhya, 7/28-29)
Hz. İsa (ə.s), "Başqa yerə gedək" - dedi, "Yaxınlıqdakı qəsəbələrə də sözümü çatdırmalıyam. Çünki bunun üçün gəldim." (Mark, 1/38)
Hz. İsa (ə.s) "Allah'ın təsdiqləyəcəyi şey Onun göndərdiyi elçiyə iman gətirməyinizdir" deyə cavab verdi. (Yəhya, 6/29)
Allah'ın göndərdiyi elçi Allah'ın sözlərini danışır... (Yəhya, 3/34)
...Amma məni göndərənin olduğu həqiqətdir və mən Ondan eşitdiklərimi dünyaya bildirirəm. (Yəhya, 8/26)
...Hz. İsa (ə.s), "Mənim sizin bilmədiyiniz bir yeməyim var" - dedi. Şagirdlər bir-birlərinə, "Görəsən biri ona yemək gətirdi?" - deyə soruşdular. Hz. İsa (ə.s), "Mənim yeməyim məni göndərənin istəyini yerinə yetirmək və Onun işini tamamlamaqdır" - dedi. (Yəhya, 4/31-34)