
Üçləmə inancına görə, xristianlığın əsas şərti hz.İsaya iman gətirməkdir və üçləməyə inanma-yan biri əsl xristian deyil. Halbuki, İncildə bu iddiaları puça çıxaran çox aydın ifadələr var. Xüsu-silə də hz.İsanın təbliğatı insanları yalnız Allah'a iman gətirməyə dəvət etmək üzərində qurulub. Hz.İsa ətrafındakı insanların suallarını, şübhələrini, tərəddüdlərini onları Allah'a təslim olmağa dəvət edərək aradan qaldırır.
"İsa ona belə dedi: "Belə yazılmışdır ki,
Allah'ın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et"" ("Luka İncili", 4/8).
"Sizə doğrusunu deyirəm: Mənim sözümü dinləyib
məni göndərənə iman gətirənin əbədi hə-yatı vardır və məhkum edilməz, lakin ölümdən həyata keçmişdir" ("Yəhya İncili", 5/24).
"Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz həm Allah'a, həm də pula qulluq edə bilməzsiniz" ("Matta İncili", 6/24).
"İsa ona dedi:
"Allah'ın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev"" ("Matta İncili", 22/37).

"Din alimlərindən biri gəlib onların mübahisələrini dinlədi və İsanın onlara yaxşı cavab verdiyini görəndə: "Əmrlərin ən birincisi hansıdır?" - deyə soruşdu. İsa da cavab verdi: "Əmrlərin ən bi-rincisi: "Dinlə ey İsrail! Allah'ımız Rəbb, bir olan Rəbbdir və
Allah'ın olan Rəbbi bütün ürəyin-lə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev"". İkincisi buna bənzərdir: "Qonşunu özün kimi sev. Bunlardan daha böyük əmr yoxdur". Din alimi ona dedi: "Lap yaxşı, müəllim! Doğru dedin ki, Allah birdir və Ondan başqası yoxdur"" ("Mark İncili", 12/28-32). "Bun-dan sonra daşı qaldırdılar. İsa da gözlərini yuxarıya qaldırıb dedi:
"Ey Rəbb, məni eşitdiyin üçün sənə minnətdaram. Əlbəttə, məni daim eşidəcəyini bilirdim, amma bunu ətrafımda duran xalq üçün söylədim ki, məni Sənin göndərdiyinə iman gətirsinlər"" ("Yəhya İncili", 11/41-42).
"İsa yüksək səslə dedi: "
Mənə iman gətirən, mənə deyil, məni göndərənə iman gətirər və məni görən məni göndərəni görür. Mən dünyaya nur olaraq gəldim ki, Mənə iman gətirən heç kim zülmətdə qalmasın və kim sözlərimi eşidib inanmazsa, ona mən hökm etmərəm, çünki dün-yaya hökm etməyə gəlməmişəm, ancaq dünyanı xilas etməyə gəlmişəm. Məni rədd edib, sözlə-rimi qəbul etməyənə hökm edən bir şey vardır: Son gündə ona hökm edəcək olan söylədiyim sözdür. Çünki mən özümdən söyləmədim, məni göndərən Allah'ın Özü nə deyəcəyimi və nə söy-ləyəcəyimi mənə əmr etdi və bilirəm ki, Onun əmri əbədi həyat deməkdir. Söylədiyim şeyləri Allah mənə necə dedisə, eləcə də söyləyirəm"" ("Yəhya İncili", 12/44-50).
Yuxarıdakı İncil ayələrindən də göründüyü kimi, hz.İsa bütün başqa peyğəmbərlər kimi Allah'a bütün qəlbi ilə təslim olan mübarək bir bəndədir. O, insanlara Allah'ın vəhyini çatdırıb, onlara Allah'a Onu bir və tək qəbul edərək iman gətirməyə dəvət edib. Dünyada yaşadığı dövrdə çox çətinliklərə məruz qalıb. Hz.İsa öz təbliğatını apararkən ona mane olmağa çalışan çoxsaylı din əleyhdarlarının olmasına baxmayaraq, çox üstün səbir göstərərək Allah'ın dinini izah etməyə davam edib. Şiddətli Allah qorxusu ilə son ana kimi insanları bütün kainatın yaradanı olan Allah'a iman gətirməyə və Ona qulluq etməyə çağırıb. Bütün bunlar hz.İsanın Allah'ın oğlu de-yil, xalqına Allah'dan müjdələr gətirən, insanları axirət günü ilə bağlı xəbərdar edən, gö-zəl əxlaqa dəvət edib hər cür mənfilikdən xilas olmaları üçün onları imana çağıran bir peyğəm-bər olduğunu ortaya qoyur. Təkcə hz.İsa deyil, bu müqəddəs insanın nəsihətlərinə qulaq asan və onun ardınca gedən ilk möminlər də hz.İsa kimi muvahhid (Allah'ı tək olaraq qəbul edənlər) idi-lər. Məruz qaldıqları təzyiqlər onları qətiyyən yormayıb. Allah'ı bir olaraq qəbul edənlər hz.İsa-nın yolundan heç bir şəkildə dönməyiblər. Bunlar nəsranilərdir.