HZ. İSANIN (Ə.S) ALLAH'A DUA ETMƏSİ

Üçləmə inancını təkzib edən başqa dəlil isə bu mübarək insanın Rəbbimizə olan səmimi dualarıdır. Dua edən insan Allah'ın var olduğunu və tək olduğunu, Ona qarşı olan acizliyini, özünə kömək edənin yalnız Allah olduğunu və Ondan başqa ibadətə layiq heç bir gücün olmadığını qəbul etmişdir. Dua Allah'a olan dərin təslimiyyətin, insanın öz acizliyinin fərqində olmasının ən gözəl ifadəsidir. Rəbbimiz bütün əskik sifətlərdən münəzzəh və sonsuz qüdrət sahibidir. Kainatda bütün qüdrət Ona aiddir. Kömək və bağışlanma hər kəsin Özünə möhtac olduğu, Özü isə heç kimə möhtac olmayan Allah'dan istənilir. Hz. İsanın (ə.s) duaları da Allah'a olan təslimiyyətinin və sahib olduğu güclü Allah qorxusunun ən səmimi göstəricilərindəndir. İncildə bildirildiyinə görə, hz. İsa (ə.s) həm şükür etmək, həm də nə isə istəmək məqsədilə Rəbbimizə dua etmişdir. Özünə istəklərini verə biləcək tək və mütləq gücün Allah olduğunu bilmişdir:

Bir az irəli gedəndən sonra üzü-üstə yerə qapandı və dua etdi... (Matta, 26/39)

İnsanlara çəmənin üstündə oturmalarını buyurduqdan sonra beş çörəklə iki balığı götürdü, göyə baxaraq təşəkkür duasını etdi... (Matta, 14/19)

Xalqı yola saldıqdan sonra dua etmək üçün tək başına dağa çıxdı. Axşam vaxtı orada tənha idi. (Matta, 14/23)

Səhər tezdən, göy üzü hələ ağarmadan hz. İsa (ə.s) qalxdı, evdən çıxıb kimsəsiz bir yerə getdi, orada dua etməyə başladı. (Matta, 1/35)

Onları yola saldıqdan sonra dua etmək üçün dağa çıxdı. (Mark, 6/46)

Hz. İsa (ə.s) şagirdlərinə, "Mən dua edəndə siz burada əyləşin" - dedi. (Mark, 14/32)

O vaxt hz. İsa (ə.s) dua etmək üçün dağa çıxdı və bütün gecəni Allah'a dua edərək keçirdi. (Luka, 6/12)

Hz. İsa (ə.s) bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona, "Müəllim" - dedi, "Yəhyanın öz şagirdlərinə öyrətdiyi kimi sən də bizə dua etməyi öyrət." (Luka, 11/1)

... Mən, imanını itirməyəsən deyə sənin üçün dua etdim. Geri dönəndə qardaşlarını gücləndir." (Luka, 22/32)

Quranda bildirilən bir ayədə də hz. İsanın (ə.s) Rəbbimizin ən gözəl isimlərini xatırlayaraq etdiyi səmimi duası belə bildirilmişdir:

Məryəm oğlu İsa dedi: "Ey Allah'ım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!" (Maidə surəsi, 114)

Allah hz. İsanın (ə.s) bu duasını qəbul etmiş və belə buyurmuşdur: Allah dedi: "Mən onu sizə endirəcəyəm. Amma (bundan) sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm". (Maidə surəsi, 115)


Hz. İsa (ə.s) Allah'a dua edərək Ondan bir süfrə endirməsini istəmişdir. Allah hz. İsanın (ə.s) bu duasını qəbul edərək Onun istəyini yerinə yetirmişdir. Ancaq unutmayaq ki, hz. İsanın (ə.s) bu möcüzəni yerinə yetirəcək müstəqil və xüsusi bir gücü yoxdur. O, Allah'ın sonsuz yaratma gücünü insanlara göstərməklə elçilik vəzifəsini boynuna götürən çox mübarək bir quldur.