HZ. İSANIN (Ə.S) GÖSTƏRDİYİ MÖCÜZƏLƏR

Allah'ın hz. İsaya (ə.s) lütf etdiyi möcüzələrdən birincisi, onun bildiyimiz səbəblərdən fərqli şəkildə atasız dünyaya gəlməsi, daha sonra isə beşikdə danışaraq peyğəmbərliyini bildirməsidir. Əslində bu iki möcüzə Allah'ın hz. İsanı (ə.s) seçdiyini göstərən dəlillərdəndir. Bu körpənin iman gətirmiş olaraq dünyaya gəlməsi və beşikdə çox ağıllı məntiqlə danışması, ancaq Allah'ın möcüzəsi ilə mümkündür:

Allah deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. ..." (Maidə surəsi, 110)

(Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) "Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allah'ın izni ilə quş olar. Allah'ın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır. (Ali-İmran surəsi, 49)

(Allah'ın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: "Bu, aşkar bir sehrdir". (Səff surəsi, 6) böhtanını ataraq onu sehrbazlıqla ittiham etmişdilər.