Quranda hz. İsanın (ə.s) anadan olması, yaşadığı müddətdə qarşılaşdığı bəzi hadisələr, ailəsi, ətrafındakı insanların vəziyyəti kimi bir çox mövzudan bəhs edilmişdir. Quranda hz. İsa (ə.s) bizlərə "Allah'ın peyğəmbəri Məryəm oğlu İsa Məsih" kimi tanıdılır. Məsələn, "Ali-İmran" surəsində hz. İsanın (ə.s), öz göndərilmə səbəbini İsrail oğullarına belə açıqladığı bildirilir:
Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim). Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allah'dan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! (Çünki) bu, düz yoldur". (Ali-İmran surəsi, 50-51)
Hz. İsanın (ə.s) bu dəvətini az insan qəbul etmişdir. Quranda bu səmimi insanlardan belə bəhs edilir:
... Həvarilər dedilər: "Bizik Allah'ın (dininin) yardımçıları! Biz Allah'a iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!"(Ali-İmran surəsi, 52-53)
Qarışıqlıq içindəki bir cəmiyyətə hidayət rəhbəri kimi göndərilən hz. İsa (ə.s) yaşadığı müddətdə ətrafındakı insanları Allah'a səmimi şəkildə iman gətirməyə və təslim olmağa çağırmışdır. Bununla bərabər, Quran ayələrindən hz. İsanın (ə.s), dini haqqında ixtilafa düşənlərə yol göstərdiyi aydın olur. İncildə olan bəzi təsvirlərdən hz. İsanın (ə.s) əvvəlcə ikiüzlü, səmimiyyətsiz din adamlarını, dindar görünərək xalqı aldadanları etdiklərindən imtina etməyə, Allah'a iman gətirməyə dəvət etdiyi aydın olur. Quranda Allah belə bildirir:
İsa aydın dəlillərlə gəldiyi zaman dedi: "Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allah'dan qorxun və mənə itaət edin! (Zuxruf surəsi, 63)
Hz. İsa (ə.s) bütün peyğəmbərlər kimi əxlaqi degenerasiyanı və dinsizliyi aradan qaldırmağa çalışdı. İnsanlardan etdikləri bütün ədalətsizlikləri, haqsızlıqları, əxlaqsızlıqları və batil dinlərini tərk etmələrini, Allah'ın istədiyi əxlaqla və yalnız Allah'ın razılığı üçün yaşamalarını istədi.
Hz. İsa (ə.s) insanlara Allah qorxusunu, Allah'ı sevməyi, Allah'a təslim olmağı nəsihət edirdi. Batil inanclardan, faydasız ənənələrdən uzaqlaşmalarını, yalnız Allah'a ibadət edib etdikləri hər işdə Allah'a yönəlmələrini əmr edirdi. Göstərdiyi möcüzələr isə onun Allah'ın seçib bəyəndiyi, elm və qüvvət cəhətdən dəstəklədiyi bir elçisi olduğunu sübut edirdi. Onun imanının dərinliyi, yüksək əxlaqı, üstün qavrayışı və hikmətli məsləhətləri insanlarda böyük heyranlıq yaradırdı.
Hz. İsa (ə.s) ona qarşı hazırlanan bütün tələlər, atılan böhtanlar və hücumlar qarşısında çox səbir göstərdi, Allah'a təvəkkül edib təbliğinə davam etdi. Həmin an isə yanında az sayda köməkçisi var idi. Dini əslinə döndərmək, xurafatlardan və batil inanclardan təmizləmək üçün səy göstərdi.
Hz. İsa (ə.s) Tövratı təsdiqləmiş, Allah'ın insanlara yol göstərici və öyüd alması üçün göndərdiyi İncillə hökm vermişdir:
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. Qoy İncil əhli Allah'ın onda nazil etdiyi (şəriət qanunları) əsasında hökm versinlər. Allah'ın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir. (Maidə surəsi, 46-47)
Hz. İsanın (ə.s) çağırışına cavab verənlərin sayı başlanğıcda çox az oldu. Çünki bu çağırış, həm dolanışığını xurafat və ənənələrdən gələn gəlirlərlə təmin edən rahib sinfinin, həm də Allah'ın hakimiyyətini qəbul etməyən idarəçi sinfin imtiyazlarını aradan qaldırırdı. Hz. İsanın (ə.s) etdiyi təbliğ yayılmağa, onu izləyənlərin sayı artmağa başladıqca, bu qrupların hazırladıqları hiyləgər tələlər, hz. İsaya (ə.s) maneə törətmək üçün etdikləri planlar da artmışdı. Bu kimi tələlərlə tarix boyu bütün peyğəmbərlər qarşılaşıblar. Quranda müşriklərin elçilərə qarşı göstərdikləri bu insanlığa yaraşmayan vəziyyət belə ifadə edilmişdir:
... Məgər hər dəfə sizə (göndərilən) elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? (Onların) bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi? (Bəqərə surəsi, 87)
Cəmiyyətdə hz. İsaya (ə.s) inananlar ilə inkar edənlər ayrılmağa başlamış, iki qrup arasındakı fərq ortaya çıxmışdır. Bir tərəfdə əsl dini izah edən və insanları tək bir Allah'a iman gətirməyə çağıran Allah'ın elçisi, digər tərəfdə isə hansı möcüzəni, hansı dəlili görürsə görsün, inanmamağa qərar verən bir qrup var. Hz. İsanın (ə.s) qarşısındakı düşmənlər özlərini açıq şəkildə bildirmişlər. Ona qulaq asan, yanında olan şəxslərdən də sonradan içlərindən onu inkar edənlər çıxmış ola bilər. Belə ki, Allah
"Firqələr öz aralarında ixtilafa düşdülər...." (Zuxruf surəsi, 65) ayəsi ilə bu vəziyyəti bizlərə xəbər verir. Buna görə də hz. İsa (ə.s), qövmünün içindən iman gətirən və inana biləcəyi şəxsləri təyin etmişdir. Bu vəziyyət Quranda belə ifadə edilmişdir:
İsa onlardakı küfrü hiss etdikdə dedi: "Allah yolunda kimlər mənə yardımçı olacaq?" Həvarilər dedilər: "Bizik Allah'ın (dininin) yardımçıları! Biz Allah'a iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! (Ali-İmran surəsi, 50-52)
Quranda hz. İsanı (ə.s) öldürmək məqsədilə inkarçıların tələ qurduqları xəbər verilir. İncilə görə hz. İsanın (ə.s) yanında olanlardan birinin xəyanət etməsinə imkan yaradan bir qisim xurafatçı din adamları Allah'ın elçisini həbs edib romalılara təslim etmək istədilər. Yenə eyni mənbədə bildirilənlərə görə öldürmə cəzasına səlahiyyəti çatmayan rahiblər Roma rəhbərliyini təhrik etmək üçün bir tələ hazırladılar. Romalıların bu mövzuda çox qəddar və mərhəmətsiz olduqlarını bildiklərinə görə hz.İsanı (ə.s) romalı rəhbərlərə qarşı çıxan biri kimi təqdim etdilər. Bu tələnin sonu isə Quranda belə bildirilmişdir:
Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)
Ayələrdə də bildirildiyi kimi, hz. İsanı (ə.s) öldürmək üçün tələ qurulmuşdur. Ancaq bu şəxslər hz. İsanı (ə.s) öldürə bilməmiş, onun oxşarını hz. İsa (ə.s) zənn edərək öldürmüşdülər. Allah, hz. İsanı (ə.s) Öz Qatına alaraq, hazırlanan tələni boşa çıxarmışdır. Halbuki, romalıların hz. İsanı (ə.s) çarmıxa çəkərək öldürdükləri inancı xristianlığın təməlini meydana gətirir. Bu yanlış inanca görə, hz. İsanı (ə.s) həbs edən romalılar və yəhudi din adamları onu çarmıxa çəkmiş və beləliklə onu öldürmüşlər. Xristian aləminin çox böyük bir hissəsi də hadisəni belə qəbul edir, lakin hz. İsanın (ə.s) öldükdən sonra dirilərək göyə yüksəldiyinə də inanırlar. Quranda isə hadisənin əslinin belə olmadığını görürük:
bir də: "Həqiqətən, biz Allah'ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə (lənətə düçar edildilər.) Halbuki, onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)
Həmin ayənin davamında hz. İsanın (ə.s) vəziyyəti belə bildirilir:
Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)
Elçiləri (onlara) dedilər: "Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allah'ın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allah'a təvəkkül etsinlər. (İbrahim surəsi 11)
Ayədə bildirilən həqiqət çox açıqdır. Yəhudilərə görə hz. İsanı (ə.s) öldürməyə cəhd edən romalılar müvəffəqiyyətli ola bilmədilər. Ayədə bildirilən
"...Onlara ancaq (İsanın) bənzəri göstərildi. ..." ifadəsi bu vəziyyətdən xəbər verir. Allah insanlara hz. İsanın (ə.s) bənzərini göstərmiş və hz. İsanı (ə.s) da Öz Qatına yüksəltmişdir. Rəbbimiz bu iddianı müdafiə edənlərin həqiqətdən xəbərlərinin olmadığını da bildirir. (Ətraflı məlumat üçün baxın.: Hz. İsa (ə.s) ölməyib, Harun Yəhya, Araşdırma Nəşriyyat,)
Hz. İsanın (ə.s) çarmıxa çəkilməsi haqqında ilk dövrlərdə də müxtəlif fikirlər ortaya atılmışdı. Bəzi xristian məzhəbləri də eynilə Quranda bildirildiyi kimi, hz. İsanın (ə.s) çarmıxa çəkilmədiyinə inanırlar. Hz. İsanın (ə.s) Quran ayələrində bildirilən həyatından, təbliğindən, dualarından onun Allah'ın peyğəmbəri olduğu açıq-aydın görünür. Hz. İsa (ə.s ) Allah'ın insanları xəbərdar etməsi üçün göndərdiyi bir hidayət rəhbəridir. Belə ki, Məryəm surəsində bildirilən "(İsa) dedi ki:
'Şübhəsiz mən Allah'ın quluyam. (Allah) Mənə Kitabı verdi və məni peyğəmbər etdi.'" (Məryəm surəsi, 30) ayəsi bu vəziyyəti də açıq-aydın göstərir. "Səff" surəsində isə belə bildirilir:
Bir zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən Allah'ın sizə göndərdiyi, məndən əvvəl (nazil edilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!" (Allah'ın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: "Bu, aşkar bir sehrdir!"– dedilər. (Səff surəsi, 6)
Başqa bir Quran ayəsində isə belə bildirilir:
Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: "Allah'a yox, mənə qul olun!"– desin. Əksinə, (o deyər): "Öyrətdiyiniz Kitabın və (ondan) öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!" (Ali-İmran surəsi, 79)