Tovhid inancını insanlara təbliğ etmiş bütün peyğəmbərlər üstün əxlaqları və səmimi imanları ilə çox mübarək insanlardır. Allah “Nəhl” surəsində elçilərini yaşadıqları cəmiyyətdə tovhid inancını təbliğ etmələri üçün vəzifələndirdiyini belə bildirir:
Biz hər ümmətə: “Allah’a ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. … (Nəhl surəsi, 36)
Ancaq peyğəmbərlərdən sonra tovhid inancı zaman keçdikcə insanlar tərəfindən təhrif edilərək dəyişdirilmişdir.Hər pozulma və degenerasiyanın nəticəsində Allah cəmiyyətlərə ayələrini oxuyan və onları axirət gününə qarşı xəbərdar edən yeni elçi göndərmiş, insanları yenidən tovhid inancında birləşdirmişdir. Hz. İsa (ə.s) da hz. Musanın gətirdiyi vəhyin təhrif edilməsindən sonra insanları Allah’ın birliyinə çağırmaq, Ondan başqa ilah olmadığını təbliğ etmək üçün göndərilmişdir. O, hz. Musanın (ə.s) gətirdiyi haqq dini təhrif edən İsrail oğullarınıfanatik ənənələrindən uzaqlaşıb, batil inanclarını tərk etməyə və yalnız Allah’a təslim olmağa çağırmışdır. Ayələrdə hz. İsanın (ə.s) İsrail oğullarına təbliği belə bildirilir:
İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allah’dan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!” (Zuxruf surəsi, 63-64) Məndən əvvəl (nazil olmuş) Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (göndərildim).Mən sizə Rəbbinizdən bir dəlil gətirdim.Allah’dan qorxun və mənə itaət edin. Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Ona ibadət edin! (Çünki) bu, düz yoldur”. (Ali-İmran surəsi, 50-51)

Hz. İsa (ə.s) dini təbliğ etməyə başladıqda hz. Musanın (ə.s) hökmlərindən uzaqlaşan Yəhudi din liderləri öz məntiqləri ilə yeni haram və halallar qəbul edərək fanatik din meydana gətirmişdilər. Belə ki, Allah’ın Elçisi hz. İsa (ə.s) insanları iman gətirməyə və batil ənənələrini tərk etməyə çağırdıqda ona lağ edərək və düşmən kimirəftar edərək cavab verdilər:
Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü. Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər.Doğrusu, onlar höcətləşən adamlardır. (Zuxruf surəsi, 57-58)
Ancaq maneələrə baxmayaraq, xüsusilə də kasıb xalqın arasında hz. İsaya (ə.s) inananların sayı sürətlə artmışdır. Hz. İsaya (ə.s) və təbliğinə mane olmaq üçün Roma İmperiyasının zalım rəhbərləri və bəzi yəhudi din adamları tələ qurmuş və ən sonda da hz. İsanı (ə.s) çarmıxa çəkərək öldürməyə qərar vermişdilər. Rəbbimizin onların bu cəhdlərinə verdiyi qarşılıq Quranda belə xəbər verilir:
Onlar hiylə qurdular, Allah da hiylə qurdu.Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi, 54)
Rəbbimiz hz. İbrahimi (ə.s) oddan xilas etdiyi kimi, hz. İsanı (ə.s) da düşmənlərinin tələsindən xilas etmişdir. Onu öldürmək istəyənlərin hiyləgər tələlərini pozmuş və bu mübarək insana zərər vermələrinə mane olmuşdur. Ayələrdəbelə bildirilir:
bir də: “Həqiqətən, biz Allah’ın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətədüçaredildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər.Onlara ancaq (İsanın) bənzəri göstərildi.Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər.Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur.Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)
Ayələrdə bildirilən həqiqət çox açıqdır. Yəhudilərin sözü ilə hz. İsanı (ə.s) öldürmək istəyənlərməqsədlərinəmüvəffəq ola bilməmişdilər. Quranın digər ayələrində də xəbər verildiyi kimi, hz. İsa (ə.s) ölməmişdir və Allah Qatında diridir. Allah’ın Quranda hz. İsaya (ə.s) qurulan tələlərin pozulduğunu bildirməsi də hz. İsanın (ə.s) Allah Qatında diri olduğunun vacib dəlillərindən biridir. Qurulan tələ hz. İsanı (ə.s) öldürmək idi, bu tələni isə Rəbbimiz pozmuşdur. Hz. İsanı (ə.s)öldürdüklərini iddia edənlər yalnız zənn içində idilər. Onlar hz. İsanı (ə.s) çarmıxa çəkdiklərini zənn edərkən, əslində başqa bir insanı çarmıxa çəkmişdilər. (Hz. İsanın (ə.s) həyatı və Allah Qatına yüksəlişi ilə bağlı ətraflı məlumat üçün baxın: Hz. İsa (ə.s) Ölmədi, Harun Yəhya, Araşdırma Nəşriyyat, Mart 2004)Ancaq hz. İsanın (ə.s) Allah Qatına yüksəlişindən sonra xristianlıq dini müəyyən vaxtdan sonra üçləmə inancı ilə dəyişikliyə məruz qalmışdır. Hz. İsanın (ə.s) gətirdiyi haqq dinin xüsusiyyətlərini, onun dünyada olduğu müddətcə yaşadıqlarının bir qismini və Allah Qatına yüksəlişini, peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) vasitəsilə bütün insanlara göndərilən və qiyamətə qədər etibarlı olan Qurandan öyrənə bilərik. Unudulmamalıdır ki, Quran, içindəki sözlərin dəyişdirilməsi (Allah’ın diləməsi xaricində) mümkün olmayanhaqq kitabdır. Allah Quranın bu xüsusiyyətini;
"Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir." (Ən'am surəsi, 115) ayəsi ilə bildirir.
Quranda hz. İsanın (ə.s) Allah’ın oğlu deyil, (Allah’ı tənzih edirik) Allah’ın peyğəmbəri olması ilə bağlı bir çox açıqlamalar var.