HZ. İSANIN (Ə.S) ÖLÜMÜ DÜNYAYA İKİNCİ DƏFƏ GƏLİŞİNDƏN SONRA OLACAQ

Hz. İsanın (ə.s) ikinci dəfə gəlişinə işarə edən ayələrdən biri də“Məryəm” surəsinin 15-ci ayəsidir.Bu ayədə bildirilən "öləcəyi gün" ifadəsi ilə çox vacib bir məlumat verilir.Ayədə belə bildirilir:

... Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 33)

Bu ayədə "öləcəyi gün" ifadəsindəki sözün ərəbcə tərcüməsi "yəmutu"dur və bu sözün kökü Quranın digər ayələrində ölüm mənasında işlənən məvtt sözüdür. Hz. İsa (ə.s) ilə bağlı olan digər ayələrdə isə hz. İsanın (ə.s) vəfatından bəhs edilərkən “məvt” sözü deyil, “təvəffi” sözü istifadə edilir.“Təvəffi” sözü bioloji mənada ölüm deyil, canın bir növ yuxuda ikən alınması mənasındadır.“Məvt” sözü isə bildiyimiz ölümü ifadə edən bir sözdür və Quranın bir çox ayəsində bu mənada işlənir.Buna görə də bu ayədə digər ayələrdən fərqli olaraq “məvt” sözünün istifadə şəkli diqqət çəkicidir. Bu ifadə hz. İsanın (ə.s) ikinci dəfə dünyaya gəldikdən sonra öləcəyinə işarə edir.Hz. İsa (ə.s) yer üzünə ikinci dəfə gələcək və bir müddət yaşadıqdan sonra öləcək. (Ən doğrusunu Allah bilir)