Bu bölmədəhz. İsanın (ə.s) ölmədiyinə və yenidən dünyaya gələcəyinə aid Quranda bildirilən digər dəlilləri araşdıracağıq.
Hz. İsa (ə.s) ilə bağlı ayələrdə hz. İsanın (ə.s) möcüzəvi şəkildə anadan olması, yaşadığı cəmiyyətdə etdiyi təbliğ, inkarçılar və müşriklərlə mübarizəsi, göstərdiyi möcüzələr, ona tabe olan həvarilərətraflı izah edilir. Quranda hz. İsa (ə.s) ilə bağlı bildirilən başqavacib xəbər də hz. İsanın (ə.s) qiyamət gününə yaxın bir tarixdə yenidən yer üzünə gələcəyidir.Hz. İsanın (ə.s) ölmədiyinin bildirildiyi “Ali-İmran” surəsinin 55-ci ayəsini və “Nisa” surəsinin 157-158-ci ayələrini əvvəlki bölmələrdəətraflı araşdırmışdıq. Bu ayələrdə bildirilən ifadələr, bu ifadələrin ərəb dilindəki mənaları və müxtəlif təfsirlərdə bu ayələrlə bağlıolan açıqlamalarhz. İsanın (ə.s) ölmədiyini göstərir. Bu ayələrlə birlikdəQuranda olan digər ayələrdə də hz. İsanın (ə.s) ölmədiyinə və ikinci dəfə dünyaya gələcəyinə dair açıq dəlillər var. Ayələrdə xəbər verilən bu dəlilləri belə sıralaya bilərik:
1. Hz. İsa (ə.s) öldürülməmiş və asılmamışdır,
2. Hz. İsa (ə.s) Allah Qatına yüksəldilmişdir,
3. İnkarçılara onun bənzəri göstərilmişdir,
4. İnkarçıların bu mövzudakı düşüncələri zənn və təxmindən ibarətdir,
5. O qiyamət gününün yaxınlaşdığının bir əlamətidir,
6. Allah ona Tövrat və İncillə birlikdə Kitabı (yəni Quranı) öyrətmişdir (ən doğrusunu Allah bilir),
7. Kitab Əhli təkrar gəldikdə ona itaət edəcək,
8. Ona tabe olanlar qiyamətə qədər inkarçılardan üstün olacaq,
9. Yetkin olaraq yer üzünə gələcək və insanlarla danışacaq,
10. Hz. İsanın (ə.s) ölümü ikinci dəfə dünyaya gəldikdən sonra reallaşacaq.
Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tovhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)
Dünya tarixinin ən vacib və ən böyük hadisələrindən biri olan hz. İsanın (ə.s) yer üzünə yenidən gəlməsi Quranda dəlillərləbildirilənhəqiqətdir. Bu dəlillərin ortaya çıxarılması hz. İsanın (ə.s) gəlməsini həyəcanla və sevinclə gözləyən möminlərin şövqlərini artıracaq və hz. İsanın (ə.s) gəlməsi üçün etdikləri hazırlıqları sürətləndirmələrinə səbəb olacaq.
Həmçininhz. İsanın (ə.s) gəlişi haqqında bu günə qədər kifayət qədər düşünməyən insanlara mövzunun əhəmiyyətini xatırladacaq, onların da bu mövzuda məlumatlarının artmasına səbəb olacaq.