
Həm Quran ayələrində, həm də İncildə hz. İsanın (ə.s) Allah'ın sonsuz lütfü ilə müxtəlif möcüzələr göstərdiyindən bəhs edilir. Lakin hz. İsa (ə.s) hər danışığında, etdiyi təbliğlərində və həvarilərlə olan söhbətlərində bu möcüzələri Allah'ın diləməsi ilə reallaşdırdığını bildirmişdir. Danışanın özü deyil, Allah olduğunu, bütün edilən işləri Allah'ın yerinə yetirdiyini, Allah'ın bütün canlılar üzərində tək hakim olduğunu tez-tez xatırlatmışdır. Özünün Allah'ın risalətini insanlara çatdıran bir qul olduğunu, Allah'ın diləməsi ilə bu etdiklərini reallaşdırdığını, hər etdiyinin Allah'ın nəzarəti altında olduğunu vurğulamışdır. Bu açıqlamalardan bəziləri belədir:
Hər şey mənə Rəbbim tərəfindən verildi... (Matta, 11/27)
...Allah'ın mənə verdiyi vəhylə işlərimi görürəm... (Yəhya, 14/31)
...Sizə söylədiyim sözləri özümdən söyləmirəm... (Yəhya, 14/10)
...Sizə təkidlə deyə bilərəm ki, elçi özbaşına heç bir şey edə bilməz... (Yəhya, 5/19)
...Mənim sizə öyrətdiklərim özümdən asılı deyil, məni Yaradandan ilhamlanır. (Yəhya, 7/16)
Onları mənə verən Rəbbim hər varlıqdan üstündür... (Yəhya, 10/29)
Çünki mən öz-özlüyümdən danışmadım. Nə deyəcəyimi, nə danışacağımı məni yaradan Allah buyurdu. Onun buyruğunun isə sonsuz həyat olduğunu bilirəm. Bunun üçün danışdığım hər sözü Allah'ın mənə bildirdiyi kimi söyləyirəm. (Yəhya, 12/49-50)
Hz. İsa (ə.s) Allah'ın hər şeyi öz əllərinə verdiyini və Allah'dan gəlib yenə Allah'a qayıdacağını bilirdi. (Yəhya, 13/3)
Məni yaradan mənimlə bərabərdir. O məni öz başıma buraxmadı. Çünki mən hər zaman Onun bəyəndiyi işləri görürəm. (Yəhya, 8/29)
Mən öz-özümə heç bir şey edə bilmərəm, eşitdiyim kimi mühakimə edirəm. Mənim mühakiməm doğrudur. Çünki öz istəyimi deyil, məni yaradanın istəyini axtarıram. (Yəhya, 5/30)
Özünə Rəbbimdən imkan verilmədikcə, heç kim mənim yanıma gələ bilməz... (Yəhya, 6/65)
İncildən olan bu açıqlamalar üçləmə inancına görə son dərəcə vacibdir. Çünki bu ifadələrdə, hz. İsanın (ə.s) bir ilah deyil (Allah'ı tənzih edirik), Allah'a möhtac, Allah'ın dilədiyi şəkildə hərəkət edən, Allah'ın əmr etdiyi şəkildə qərar verən, Allah'ın ilhamı ilə danışan, Allah'ın bəyənəcəyi işlər görən bir qul olduğu şəxsən hz. İsanın (ə.s) özü tərəfindən dilə gətirilir. Ancaq üçləmə inancında olan bütün bu hikmətli və səmimi ifadələr göz ardı edilir, hz. İsa (ə.s.) isə var olmaq üçün heç bir şeyə ehtiyacı olmayan, üstün bir varlıq olaraq tanıdılmaq istənilir. Halbuki, bunlar həqiqəti əks etdirmədiyi kimi, həm Rəbbimizin uca Zatına, həm də Onun mübarək elçisi hz. İsaya (ə.s) qarşı hörmətsizlikdir. Rəbbimiz bütün bu bənzətmələrdən münəzzəhdir. O, heç bir şeyə ehtiyacı olmayan, bütün qüsur və çatışmazlıqlardan uzaq, sonsuz və tək güc sahibi olan Allah'dır. Onun tayı, bərabəri yoxdur.
Buradakı ifadədə də hz. İsanın (ə.s) yalnız Allah'a qulluq etməklə bağlı hökmlərə tabe olduğu açıq-aydın görünür. Yalnız Allah'a qulluq edən hz. İsanı (ə.s) Allah'la bərabər mövqedə görən üçləmə inancının nə qədər batil bir inanc olduğu buradan da aydın olur. (Allah'ı tənzih edirik)