HZ. İSANIN (Ə.S) TƏBLİĞİNƏ TABE OLAN SƏMİMİ XRİSTİANLAR: NƏSRANİLƏR
Hz. İsa (ə.s) özündən sonra sadiq mömin cəmiyyəti qoyub getdi. Əhdi-Cədidə görə hz. İsanın (ə.s) seçdiyi on iki həvari onun ailəsi və hz. İsaya (ə.s) iman gətirən digər yəhudilərdən ibarət olan bu cəmiyyət digər yəhudilər tərəfindən "nəsranilər" (nazareans) olaraq tanındılar. Bu ifadənin İncildə hz. İsa (ə.s) üçün istifadə edilən "nasıralı İsa" ifadəsindən götürüldüyü və ya bu ifadəyə uyğun gələn eyni mənbədən gəldiyi qəbul edilir.
Nəsranilər Əhdi-Ətiq və hz. Musanın (ə.s) hökmlərinə, yəni musəvi inancının əmr və qadağalarına tabe olmağa davam edirdilər. Nəsraniləri digər yəhudilərdən fərqləndirən ən vacib xüsusiyyət isə hz. İsanın (ə.s) gətirdiyi yeni dini mövzuları, onu bir peyğəmbər və bir Məsih olaraq qəbul etmələri idi. Hz. İsanın (ə.s) Allah tərəfindən göndərilən və yəhudiləri doğru yola yönəldib dinlərini batil inanclardan təmizləmək üçün göndərdiyi peyğəmbər olduğuna iman gətirdilər. Nəsranilər hz. İsanın (ə.s) Allah Qatına alınmasından sonra onun gətirdiyi dini yaymaq üçün bütün imkanları ilə mübarizə apardılar. Əhdi-Cədid İncildə də bu mövzu haqqında vacib məlumatlar verilib.