
Xristianlıq müxtəlif məzhəblərə, bu məzhəblər də öz daxilində müxtəlif qollara ayrılır. İncili fərqli tərzlərdə izah edib fərqli tərzdəibadət edən xeyli müxtəlif dini cəmiyyətlər, kilsələr var. Ancaq bu fərqli qolların əksəriyyətininqəbul etdikləri iman əsası "üçləmə" inancıdır.
Tarix boyu üçləmə inancını rədd edən müxtəlif cəmiyyətlər ortaya çıxmış, ancaq bu cəmiyyətlərin böyüyüb güclənmələrinə çoxluq təşkil edən üçləmə inancının müdafiəçiləri maneə olmuşlar. Bu cəmiyyətlər dərhal azğın elan edilmiş, təzyiqə məruz qalmış və bir yolla aradan qaldırılmışlar. Kitabın sonrakıbölmələrində görəcəyimiz bəzi azlıq təşkil edən qruplardan başqa, üçləmə inancıxristian dünyasında ümumiyyətlə qəbul olunmuş, ya da buna məcbur olunmuşdur.
Saytın əvvəlindən bəri bildirdiyimiz kimi, üçləmə inancı Qurana tamamilə ziddir və İncildə bildirilən açıqlamalar hz. İsanın (ə.s) həyatının heç bir anında belə bir iddia irəli sürmədiyini, belə bir şeyə təşəbbüs belə etmədiyini, hətta buna bənzərhadisələrə şəxsən özünün maneə törətdiyini, hər danışığında Allah’ı təriflədiyini və ucaltdığını ortaya qoyur. Dövrümüzdə üçləmə inancına qarşı çıxanların ən çox üzərində durduqları mövzulardan biri də məhz budur: Hz. İsanın (ə.s) bəşər şəxsiyyəti.