HZ. İSANIN (Ə.S) ALLAH QATINDAN BİR KƏLMƏ OLMASI

Allah Quranda (Rəbbimizin təqdiri ilə) hz. İsanın (ə.s) dünyaya gəlməsindən ölümünə qədər hər mövzuda digər insanlardan çox fərqləndiyinə diqqət çəkmişdir. Hər şeydən əvvəl hz. İsa (ə.s) fərqli yaradılışla yaradılmış və atasız dünyaya gəlmişdir. Allah hz. İsa (ə.s) dünyaya gəlmədən əvvəl bir çox xüsusiyyətini və insanlara bir Məsih olaraq göndərildiyini mələkləri vasitəsilə anası hz. Məryəmə (ə.s) bildirmişdir. Hz. İsanın (ə.s) seçilmiş xüsusiyyətlərindən biri də "Allah'ın bir kəlməsi" olmasıdır.

... Məryəm oğlu İsa Məsih ancaq Allah'ın elçisi, Onun Məryəmə göndərdiyi (“Ol!”) kəlməsi və Onun tərəfindən (göndərilən) bir ruhdur. ... (Nisa surəsi, 171)

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah'a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali-İmran surəsi, 45)

Quranda "Allah'ın kəlməsi" ifadəsi yalnız hz. İsa (ə.s) üçün istifadə edilmişdir. Allah hz. İsa (ə.s) hələ dünyaya gəlmədən onun adını bildirmişdir. Allah Özündən bir kəlmə olaraq hz. İsanı (ə.s) İsa Məsih adlandırmışdır. Bu hz. İsanın (ə.s) digər insanlardan daha fərqli yaradılışla yaradıldığını göstərir. Belə ki, dünyaya gəlməsi kimi, həyatı boyunca Allah'ın lütfü ilə göstərdiyi möcüzələr və ölmədən Allah Qatına yüksəlməsi də onun bu fərqliliyini göstərir.