HZ. İSANIN (Ə.S) ANADAN OLMASI, NƏSLİ VƏ YAXIN ADAMLARI

İncildə hz. İsanın (ə.s) nəsli və dünyaya gəlməsi ilə bağlı müxtəlif açıqlamalar var. Bu məlumatlara görə hz. İsa (ə.s) hz. Davudun (ə.s) nəslindəndir. Hz. İsa (ə.s) xalq arasında tanınmış biridir. Xalq onun kimin nəslindən olduğunu, harada anadan olub böyüdüyünü bilir. Hz. İsanın (ə.s) ailəsini xalq yaxından tanıyır:

Keçmiş dövrlərdən bəri müqəddəs peyğəmbərlərin bildirdiyi kimi, qulu Davudun (ə.s) nəslindən bizim üçün güclü xilaskar göndərildi, düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən qurtuluşumuz təmin edildi. (Luka, 1/69-71)

İbrahim oğlu, Davud oğlu İsa Məsihin nəsli ilə bağlı qeyd belədir... (Matta, 1/1-2)

Daha sonra hz. İsanın (ə.s) anası ilə qardaşları gəldi. Bayırda dayandılar, xəbər göndərib onu çağırdılar. (Mark, 3/31)

İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna!Rəbbin ismi ilə Gələnə alqış olsun!Ən ucalarda hosanna!»
İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».(Matta, 21/9-11)

Bu adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yahudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada, aramızda yaşamırmı?.. (Mark, 6/3)