HZ. İSANIN (Ə.S) BƏŞƏR XÜSUSİYYƏTLƏRİ

Üçləmə inancında hz. İsanın (ə.s) bəşər xüsusiyyətlərini gözardı etmə anlayışı var. Halbuki, İncildə hz. İsa (ə.s) ilə bağlı verilən məlumatlardan bu dəyərli insanın "Allah'ın oğlu deyil, Allah'ın mübarək elçisi olduğu" açıq-aydın göstərilir. Onun da hər insan kimi bir həyat yaşadığı aydın olur. O da digər insanlar kimi anadan olmuş, körpəlik, uşaqlıq və gənclik dövrlərini yaşamışdır. Yemək yemə ehtiyacı hiss edəndə yanındakı həvariləri ilə birlikdə Allah'a şükür edərək yemək yemiş, çətin gün keçirdikdən sonra hər insan kimi yorulmuş və yatma ehtiyacı hiss etmişdir. Bunlarla bərabər, hz. İsanın (ə.s) yuyunmaq, təmizlənmək kimi hər cür fiziki ehtiyaclarına da ətrafındakı insanlar şahid olmuşlar. Bunlar bir insanın qarşılaşdığı zəruri, təbii ehtiyaclardandır, həm də üçləmə inancında hz. İsaya (ə.s) aid edilməyə cəhd edilən ilahlıq iddiası ilə tamamilə ziddiyyət təşkil edir.

Hz. İsanın (ə.s) elmi artırdı, Allah'dan və insanlardan yaxşı rəftar görürdü. (Luka, 2/52)

Onlarla süfrə arxasında otursa da, hz. İsa (ə.s) çörək aldı, şükür etdi və çörəyi bölüb onlara verdi. (Luka, 24/30)

Sevincdən hələ də inana bilməyən, təəccüblə baxan şagirdlərinə, "Sizdə yeməyə bir şey var?" - deyə soruşdu. Ona bir parça qızardılmış balıq verdilər. Hz. İsa (ə.s) onu götürüb şagirdlərinin gözlərinin qarşısında yedi. (Luka, 24/41-43)

Pasxa bayramının ilk günü şagirdlər hz. İsanın (ə.s) yanına gələrək, "Pasxa yeməyini harada hazırlamağımızı istəyirsən?" - deyə soruşdular. (Matta, 26/17)

Daha sonra hz. İsa (ə.s) Levinin evində yemək yeyəndə... (Mark, 2/15)

Hz. İsa (ə.s) bundan sonra evə getdi. Yenə onu elə böyük bir izdiham izləyirdi ki, hz. İsa ilə (ə.s) şagirdləri yemək belə yeyə bilmədilər. (Mark, 3/20)

Süfrə arxasında oturub yemək yeyəndə hz. İsa (ə.s), "Sizə doğrusunu söyləyim" - dedi, "sizdən biri, yəni mənimlə yemək yeyən biri məni ələ verəcək." (Mark, 14/18)

Fərisilərdən (fərisilər dini qrupdur) biri hz. İsanı (ə.s) yeməyə çağırdı. O da fərisinin evinə gedib süfrə arxasında oturdu. (Luka, 7/36)

... hz. İsa (ə.s), səfərdə ikən yorulduğu üçün quyunun yanında oturmuşdu. Saat demək olar ki, on iki idi. Samirəli bir qadın su götürməyə gəldi. Hz. İsa (ə.s) ona, "Mənə su ver, içim" - dedi. (Yəhya, 4/6-7)

Hz. İsa (ə.s) qayığın uc tərəfində bir yastığa söykənib yatırdı... (Mark 4/38)

Hz. İsa (ə.s) onlara, "Gəlin, tənha bir yerə gedək və bir az istirahət edək" - dedi. Gəlib gedən elə çox idi ki, yemək yeməyə belə vaxt tapa bilmirdilər. (Mark, 6/31)

Yuxarıda gördüyünüz bu ayələr hz. İsanın (ə.s) digər bütün insanlar kimi Rəbbimizin rəhmətinə möhtac bir bəşər olduğunu ortaya qoyur. O, Allah'ın bütün aləmlərə üstün etdiyi, peyğəmbərlik mövqeyi ilə şərəfləndirdiyi və möcüzələr lütf etdiyi, çox üstün əxlaqlı bir quludur. O, seçilmiş xüsusiyyətlərə sahib bir bəşərdir, həm də digər canlılar kimi Allah'ın rəhmətinə möhtac, aciz bir quldur. Halbuki, canlı və cansız bütün kainatın yaradıcısı olan Allah daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə güc yetirir, Onu nə yuxu tutar, nə də mürgü. O hər cür acizlikdən də münəzzəhdir. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və sahib olduqları bu əskiklikləri anlayaraq yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir.