HZ. İSANIN (Ə.S) DÜNYAYA GƏLMƏSİ

Bildiyimiz kimi, doğum həm çox çətin, həm də böyük qulluq tələb edən hadisədir. Tibbi ləvazimatları, təcrübəli köməkçisi olmayan insanın, belə bir önəmli hadisənin tək başına öhdəsindən gəlməsi çox çətindir. Ancaq bu mövzuda heç bir təcrübəsi olmayan hz. Məryəm (ə.s) Allah'a olan bağlılığı və etibarı ilə bu çətin işin öhdəsindən tək başına gəlmişdir.

Hz. Məryəm (ə.s) doğuş sancıları çəkərkən Allah ona vəhy ilə kömək etmişdir. Rəbbimiz bu çətin vəziyyətdə etməsi lazım olan hər şeyi ona bildirərək ən asan şəkildə doğumunu reallaşdırmışdır. Bu da hz. Məryəmə (ə.s) Allah Qatından verilmiş böyük nemətdir.

Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: "Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!" (Məryəmin) aşağı tərəfindən onu səsləyib dedi: "Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: "Mən ər-Rəhmana oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam"». (Məryəm surəsi, 23-26)